Vaqner Afrika və Belarusda fəaliyyətini davam etdirdiyini açıqlayıbbackend

Vaqner Afrika və Belarusda fəaliyyətini davam etdirdiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada şəxsi təyyarəsinin qəzaya uğraması nəticəsində dünyasını dəyişən Yevgeni Priqojinin qurduğu “Vaqner” qrupu Afrika və Belarusda fəaliyyətini davam etdirdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Priqojinə məxsus olduğu məlum olan “Konkord” adlı şirkətin sosial media hesabından paylaşım edilib.

“Şirkətin bağlanmasından söhbət gedə bilməz. Özəl hərbi şirkətin komandanlığı hələ də ona verilən bütün vəzifələri yerinə yetirir və şirkəti idarə edir”, – deyə paylaşımda bildirilib.