Cəlal Arutyunyana qarşı ittiham irəli sürüldübackend

Cəlal Arutyunyana qarşı ittiham irəli sürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın İstintaq Komitəsi Qarabağdakı qondarma rejimin sabiq müdafiə naziri Cəlal Arutyunyana qarşı ittiham irəli sürüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, C.Arutunyanın Ermənistanın Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin rəisi səlahiyyətləri dayandırılıb.

İstintaq Komitəsinin məlumatına görə, son müharibə zamanı Arutyunyan xidməti vəzifələrinə səhlənkarlıq göstərib, bu da ciddi nəticələrə, xüsusən də canlı qüvvə və zirehli texnikanın böyük itkisinə, ehtiyat qüvvələrinin yararsız vəziyyətə düşməsinə, atəş mövqelərinin isə düşmənin nəzarətinə keçməsinə səbəb olub.