Ermənistan Baş Qərargah rəisinin müavini 60 nəfərin itkisinə görə ittiham olunurbackend

Ermənistan Baş Qərargah rəisinin müavini 60 nəfərin itkisinə görə ittiham olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Baş Qərargahın Döyüş hazırlığı idarəsinin rəisi general-leytenant Andranik Makaryan İkinci Qarabağ müharibəsində 60 nəfərin itkisinə görə ittiham olunur.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu ölkənin “Joxovurd” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, Ermənistan İstintaq Komitəsinin Hərbi istintaq idarəsində məsələ ilə bağlı araşdırma aparılır. A.Makaryan dindirilmək üçün komitəyə çağırılıb. O bildirib ki, 60 nəfərin itirilməsi ilə nəticələnən əməliyyatla bağlı tapşırığı öz istəyi ilə verməyib. Əmrin daha yüksək orqandan verildiyi məlum olub.

Məsələ ilə bağlı Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimin tör-töküntülərinin keçmiş müdafiə naziri Cəlal Arutyunyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan da Hərbi istintaq komitəsinə çağırılıblar. Onlar digər məsələlərlə bağlı da dindirilirlər.