17 nəfər susuzluqdan öldü - bu ölkədə dəhşət yaşanır

17 nəfər susuzluqdan öldü - bu ölkədə dəhşət yaşanır

İspaniyaya məxsus Malyorka adasının yaxınlığında içərisində 17 miqrantın meyiti olan qayıq aşkarlanıb. Qeyd olunur ki, bu şəxslər Balear adalarına yetişmək məqsədilə iki həftədən artıq müddətdə açıq dənizdə hərəkətsiz qalıblar.

NOCOMMENT.az xəbər verir ki, bu hadisə ilə bağlı "Europa Press" informasiya agentliyi məlumat yayıb.

Mənbənin bildirdiyinə əsasən, qayıq çərşənbə axşamı günü Malyorka sahillərindən cənub-qərb istiqamətində tapılıb. Xilasetmə qrupları yalnız iki nəfəri sağ xilas edə biliblər. Həmin şəxslər kəskin susuzluq və həddindən artıq taqətsizlik səbəbindən dərhal xəstəxanaya çatdırılıblar.

Xilas edilən miqrantların verdiyi məlumata görə, səfərə başlayarkən qayıqda ümumilikdə 19 nəfər olub. İlkin ehtimallara əsasən, digər 17 şəxs günlərlə dənizdə qaldıqları müddət ərzində həyatını itirib.

Bununla yanaşı, çərşənbə axşamı səhər saatlarında İspaniya xilasediciləri başqa bir miqrant qrupuna da kömək ediblər. "Europa Press"in məlumatına əsasən, İbitsa adasından 48 kilometr cənub-qərbdə göyərtəsində 15 miqrant olan daha bir qayıq aşkarlanıb və onların hər birini xilas etmək mümkün olub.\\oxu.az