Xalq artisti Şahnaz Haşımova sosial şəbəkədə paylaşdığı foto ilə izləyicilərinin tənqidinə tuş gəlib.
NOCOMMENT.az xəbər verir ki, müğənni istirahət mərkəzlərindən birində hovuzda dincələrkən şəkil çəkdirərək sosial şəbəkə hesabında paylaşıb.
Paylaşım izləyicilər arasında birmənalı qarşılanmayıb. Onların bir qismi Şahnaz Haşımovanın paltarla hovuza girdiyini qeyd edərək Xalq artistini tənqid edib.
Bəzi izləyicilər isə ona yaşını və statusunu nəzərə almağı tövsiyə ediblər.
"Yaşına-başına hörmət et, belə görüntü sənlik deyil", deyə şərhlərdə bildirilib. (Qaynarinfo)












