ABŞ və İran arasında son dövrlər müşahidə olunan qarşılıqlı hərbi hücumlardan sonra tərəflər arasında əməliyyatların dayandırılmasına dair razılıq əldə edildiyi bildirilir.
NOCOMMENT.az xəbər verir ki, qərar Hörmüz boğazında yaşanan ciddi gərginlikdən sonra qəbul edilib. Buna baxmayaraq, hazırda tərəflər bir-birini atəşkəs rejimini pozmaqda ittiham etməyə davam edirlər. ABŞ-nin rəsmi dairələri Hörmüz boğazında gəmiçilik fəaliyyətinin yenidən təhlükəsiz şəkildə bərpa olunduğunu və diplomatik təmasların davam etdiyini açıqlayıblar. İran tərəfi isə hələlik bu razılaşma ilə bağlı rəsmi məlumat yaymayıb.
Qeyd edək ki, daha əvvəl tərəflər arasında imzalanan memorandum bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tuturdu.
Sara,











