ADY ilə bağlı ŞOK - Karta yüklənən pullar hara gedir?

ADY ilə bağlı ŞOK - Karta yüklənən pullar hara gedir?

Bakı–Sumqayıt qatarından istifadə edən jurnalist Şəhanə Rəhimova Azərbaycan Dəmir Yollarının (ADY) 28 May stansiyasında qarşılaşdığı hadisədən şikayətlənib. O, kartına pul yükləmək istəyərkən terminalın 1 manatı qəbul etdiyini, lakin daha sonra nasazlıq səbəbindən vəsaitin karta köçürülmədiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalist Şəhanə Rəhimova sosial şəbəkə hesabında məlumat verib. Onun sözlərinə görə, hadisədən sonra stansiya əməkdaşlarına yaxınlaşaraq vəziyyəti izah etsə də, əlavə ödəniş etmədən keçidə icazə verilməyib: "Əməkdaşlardan biri hətta mənə öz cibimdən 1 manat ödəməyi və pulu ertəsi gün geri qaytarmağı təklif etdi. Terminalın nasazlığı sərnişinin günahı olmadığı halda, problemin həlli üçün heç bir güzəşt göstərilmədi".

Jurnalist qeyd edib ki, bu cür texniki nasazlıqlar və işçilərin laqeyd yanaşması vətəndaşları ciddi şəkildə çətinliyə salır: "Xüsusilə son vəsaitini yükləyən və ya əlavə pulu olmayan sərnişinlər belə vəziyyətdə daha çətin duruma düşə bilərlər. Sərnişinə hörmət etməyi bacarmırsınız".


Sara
NOCOMMENT.az