“Barselona” klubu “Atletiko Madrid”in hücumçusu Xulian Alvaresin transferi üçün 100 milyon avrodan artıq məbləğ ödəmək niyyətində deyil.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Kataloniya təmsilçisi təklifi yalnız əlavə bonuslar və ya sövdələşməyə öz futbolçularından birini daxil etmək şərtilə yaxşılaşdırmağa hazırdır.
“Barsa”nın transfer müqabilində “Atletiko”ya təklif edə biləcəyi oyunçular arasında Mark Kasado, Ferran Torres və Ronald Arauxonun adları çəkilir. Lakin bu barter variantı yalnız həmin futbolçuların keçidə şəxsən razılıq verəcəyi təqdirdə baş tuta bilər.
Qeyd edək ki, “Transfermarkt” portalı 26 yaşlı Alvaresin transfer dəyərini məhz 100 milyon avro qiymətləndirir. Geridə qalan mövsümdə argentinalı hücumçu Madrid klubunun heyətində 49 oyuna çıxaraq 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqavilə müddəti 2030-cu ilin ortalarına qədərdir.
Hazırda davam edən dünya çempionatında isə Alvares Argentina millisi ilə 6 oyunda meydana çıxıb və 1 qolla fərqlənib.











