Sabah Sabirabadın bəzi hissələrində qaz təchizatı dayandırılacaq.
NOCOMENT.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən bildirilib.
Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək Sabirabad şəhərinin bir neçə küçəsinin və rayonun Əsgərbəyli, Qasımbəyli, Muradbəyli, Qalaqayın, Yuxarı Axtaçı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.











