Bu gün "Arzum 9999" ləqəbli bloqer İlduzə Hacıyeva yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
NOCOMMENT.az xəbər verir ki, Xəzər Rayon Məhkəməsi onu həmçinin 2 il 6 ay sürücülük hüququndan məhrum edib. Hökm elan olunduqdan sonra İlduzə Hacıyeva məhkəmə zalında həbs olunub.
Sosial şəbəkələrdə onun həbs olunmasına səbəb olan qəzanın yeni görüntüləri yayılıb.
Qeyd edək ki, 2025-ci ilin iyununda Mərdəkanda baş verən qəza nəticəsində bir nəfər ölüb, digər şəxs isə ağır xəsarət alıb. (oxu.az)










