Türkiyənin xarici işlər naziri Hakan Fidan "CNN Turk" kanalına verdiyi müsahibəsində İsrailin hazırkı siyasətinə və regional gərginliyə dair kəskin bəyanatlar verib.
NOCOMMENT.az xəbər verir ki, nazir İsrailin hazırda yeni düşmən axtarışında olduğunu vurğulayaraq, Türkiyənin öz maraqlarını qorumaqdan geri çəkilməyəcəyini bildirib. Hakan Fidanın sözlərinə görə, Türkiyə üçün İsrail və ya hər hansı digər oyunçu ilə qarşıdurma qorxulu deyil. O qeyd edib ki, İsrail və ya başqa bir qüvvə Türkiyənin milli və regional maraqlarına zidd hərəkət edərsə, Ankara heç bir tərəddüd etmədən cavab verəcək. Nazir vurğulayıb ki, Türkiyə üçün qarşıdurma problemi yoxdur və əgər proses bu məcraya yönələrsə, ölkəsi buna hazırdır. Hakan Fidan sonda İsrailin təkcə Türkiyə üçün deyil, bütün dünya üçün bir problem olduğunu ifadə edib.
Sara,










