3 bürc üçün şanslı dövr başladı

3 bürc üçün şanslı dövr başladı

İyul ayının ilk günlərində planetlərin hərəkəti bəzi bürclərin həyatında mühüm dəyişikliklər vəd edir. Astroloqların fikrincə, xüsusilə Əkizlər, Şir və Oğlaq bürcləri üçün qarşıdakı dövr diqqətçəkən yeniliklərlə yadda qala bilər.

NOCOMMENT.az xəbər verir ki, astroloji proqnozlara əsasən, sözügedən bürcləri aşağıdakı dəyişikliklər gözləyir:

Əkizlər

Uranın Əkizlər bürcünə keçidi bu bürcün nümayəndələri üçün yeni mərhələnin başlanğıcı hesab olunur. Marsın Uranla yaxınlaşması qəfil qərarlar, fərqli ideyalar və sürətli dəyişikliklər üçün əlverişli şərait yaradır. Astroloqlar bu dövrdə ünsiyyət, texnologiya və gündəlik həyatla bağlı yeniliklərin ön plana çıxacağını bildirirlər.

Şir

Yupiterin Şir bürcünə keçidi bu bürcün nümayəndələrinə şans və özünəinam qazandırır. Planetlərin mövqeyi liderlik keyfiyyətlərinin güclənməsinə və yaradıcı layihələrin uğur qazanmasına dəstək verir. Uzun müddətdir planlaşdırılan təşəbbüslərin həyata keçirilməsi üçün münasib dövr hesab olunur.

Oğlaq

Ayın Oğlaq bürcündə olması emosional sabitlik və məsuliyyət hissini artırır. Astroloqlar Rahunun təsiri ilə karyera və gələcək planlarla bağlı ciddi düşüncələrin ön plana çıxacağını qeyd edirlər. Bu dövr yeni bacarıqlar əldə etmək, mövcud işi dəyərləndirmək və gələcək hədəfləri müəyyənləşdirmək üçün əlverişli sayılır./metbuat