“İmişli” klubunun baş məşqçi postuna Fərid Namazov təyin edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb.
UEFA PRO kateqoriyalı mütəxəssis karyerası ərzində “Qarabağ”, “Səbail”, Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb.
Fərid Namazov “İmişli”yə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.









