Azərbaycanda nağd pul mərkəzi yaradılacaq

Azərbaycanda nağd pul mərkəzi yaradılacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) iki il ərzində ölkədə yeni “Cash Center” nağd pul mərkəzini yaradılmasını planlaşdırır.

NOCOMMENT “Unikal”a istinadən xəbər verir ki, bunu AMB-nin Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı deyib.

O qeyd edib ki, Mərkəzi Bankın əsas yeniliklərindən biri də avadanlıqlara qarşı tələblərin müəyyən edilməsidir: “Yeni yaradılacaq “Cash Center” tam avtomatlaşdırılmış nağd pul mərkəzi olacaq”.