Azyaşlılar arasında dava düşdü: bıçaqlanan var

Azyaşlılar arasında dava düşdü: bıçaqlanan var

Bakının Nərimanov rayonunda azyaşlı bıçaqlanıb.

NOCOMMENT Globalinfo.az-a istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

Belə ki, 2009-cu il təvəllüdlü Ağakişiyev Nihat Murad oğlu həmyaşdları ilə mübahisə zamanı ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.