"Bakı Metropoliteni" QSC-nin Satınalmalar departamentinin Daxili və xarici satınalmalar şöbəsinin rəhbəri Fərrux Cəfərov işdən çıxıb.
NOCOMMENT.az-ın məlumatına görə, o, "PAŞA Həyat" sığorta şirkətinin Satınalmalar şöbəsinin rəhbəri təyin edilib.
Qeyd edək ki, F.Cəfərov ötən ilin aprel ayında Metropolitendə sözügedən vəzifəyə təyin edilmişdi.(plat.az)











