Bakı şəhərində villa rekord qiymətə – 12 milyon manata satışa çıxarılıb.
NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, Mülk Bilgəh qəsəbəsində yerləşir.
100 sot həyətyanı ərazisi olan villa eksklüziv dizayner mebelləri, əntiq çilçıraqlar və rəsm əsərləri ilə təchiz olunub.
Elanda qeyd olunur ki, iqamətgah Bilgəhin ən dəbdəbəli küçəsində tikilib. 2 mərtəbəli lüks villanın ümumi sahəsi 1600 kvadrat metrdir və 12 otaqdan ibarətdir.
Villada bilyard otağı, kino zalı, qapalı hovuz və sauna da var.












