Abşeron rayonunda ər arvadını bıçaqlayıb, daha sonra özünü öldürüb.
NOCOMMENT.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Xırdalanda qeydə alınıb.
İlkin məlumata görə, 1972-ci il təvəllüdlü Tərlan İbrahimov arvadına bıçaqla xəsarət yetirib, daha sonra özünə xəsarət yetirərək öldürüb.
Qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.\\apa











