1 700 abonentin qazı kəsiləcək

1 700 abonentin qazı kəsiləcək

Sumqayıtda 1 700 abonentin qazı kəsiləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Bildirilib ki, Stansiya Sumqayıt qəsəbəsində diametri 76 millimetr olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Bununla əlaqədar bu gün saat 11:30-dan etibarən 1 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcəyi bildirilir.