Antibiotik iynəsi vuran kişi öldü

Antibiotik iynəsi vuran kişi öldü

Şirvan şəhərində antibiotik iynəsi vurulan şəxs həyatını itirib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə iyulun 23-də qeydə alınıb.

Bildirilib ki, 1980-ci il təvəllüdlü şəhər sakini Sadiq Əbülfət oğlu Hümbətov yaşadığı evdə diz nahiyəsinə antibiotik iynəsi vurduqdan sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.