Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 26-sı gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Bu barədə NOCOMMENT.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.