"Limon turşusu"nun adminləri həbs olundu

"Limon turşusu"nun adminləri həbs olundu

Paytaxtın Səbail rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə "Limon turşusu" adlı sosial media platformalarında paylaşan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

NOCOMMENT.az xəbər verir ki,, həmin şəxslər 2006-cı il təvəllüdlü Pərvanə Muxtarova, 1997-ci il təvəllüdlü Malik Bədəlov və 2002-ci il təvəllüdlü Cavid Ələkbərovdur.

Məhkəmənin qərarı ilə onların hər biri 8 sutka müddətinə inzibati qaydada həbs edilib.