Bu rektor vəzifədən göndərilir

Bu rektor vəzifədən göndərilir

Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimovun qanunvericiliklə müəyyən edilmiş 5 illik səlahiyyət müddəti başa çatdığı üçün onun vəzifədə qalıb-qalmayacağı diqqət mərkəzindədir.

NOCOMMENT.az-ın xəbərinə görə, Natiq İbrahimov Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2021-ci il tarixli sərəncamı ilə Lənkəran Dövlət Universitetinin rektoru təyin olunmuşdu.

Qüvvədə olan qaydalara əsasən, dövlət ali təhsil müəssisələrinin rektorları 5 il müddətinə təyin edilir. Bu baxımdan, Natiq İbrahimovun səlahiyyət müddəti 2026-cı ilin aprelində tamamlanıb və onun gələcək fəaliyyəti ilə bağlı qərarın Prezident tərəfindən veriləcəyi gözlənilirdi.

Qeyd edək ki, 5 illik müddətin başa çatması rektorun avtomatik olaraq vəzifədən azad edilməsi anlamına gəlmir. Qanunvericiliyə əsasən, həmin şəxs yenidən eyni vəzifəyə təyin oluna, başqa vəzifəyə keçirilə və ya vəzifədən azad edilə bilər. Müvafiq qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir.Bakıvaxtı.az)