Məşhur müğənnidən üzücü xəbər - Ayağa qalxa bilmir

Məşhur müğənnidən üzücü xəbər - Ayağa qalxa bilmir

Türkiyəli müğənni Sərdar Ortaç yenə səhhətindəki problemlə gündəmə gəlib.

NOCOMMENT.az xəbər verir ki, uzun müddətdir dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan sənətçi klip çəkilişi zamanı çətin anlar yaşayıb.

Jurnalistlərin qarşısına çıxan Sərdar son vəziyyəti barədə danışaraq 30 gün müalicə aldığını bildirib. O, ayaqlarının vəziyyətinin yaxşı olmadığını qeyd edib.

"Ayaqlarım çox pis vəziyyətdədir. Xəstəxanada 30 gün qaldım. Hələ ayaq üstə durmayım deyə otururam. Artıq keçmək üzrədir, 3-5 gün qalıb" deyə, müğənni açıqlayıb.

Çəkiliş zamanı ayağa qalxmaqda çətinlik çəkən Ortaçın ağrısı üz ifadəsindən də hiss olunub. O, klipi oturaq vəziyyətdə tamamlayıb.

Qeyd edək ki, Serdar Ortaç daha əvvəl səhhəti ilə bağlı yayılan "xəstəliyi ağırlaşıb" xəbərlərini təkzib edərək, "Çox yaxşıyam, konsertlərə davam edirəm" açıqlamasını vermişdi. \\axsam.az