Daşkəsəndə ekoloji fəlakət: İcra hakimiyyəti “fil qulağında” yatır

Daşkəsəndə ekoloji fəlakət: İcra hakimiyyəti “fil qulağında” yatır

Daşkəsən rayonunun Xoşbulaq kəndində sanitar-gigiyenik vəziyyət sakinlərin narazılığına səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər kənddə məişət tullantılarının vaxtında daşınmadığını və zibil qutularının ətrafının zibilliyə çevrildiyini açıq şəkildə nümayiş etdirir.

Sakinlər ərazidə quraşdırılmış tullantı konteynerlərinin tam dolub-daşdığını, ətraf ərazinin isə antisanitar vəziyyətdə qaldığını bildirirlər. Vətəndaşlar məsul qurumlardan, xüsusilə Daşkəsən Rayon İcra Hakimiyyətindən bölgədə ekoloji tarazlığın qorunması və zibillərin vaxtında təmizlənməsi üçün təcili tədbir görülməsini tələb edirlər.