Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi - VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi - VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını yenidən Polşada davam etdirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Rakuv” klubu rəsmi səhifəsində paylaşım edib.

Klubun yaydığı məlumata görə, Mahir Emreli “Kayzerslautern”dən bir illik icarə əsasında heyətə cəlb edilib.

Onun rəsmi tanıtım videosunda diqqətçəkən məqam Azərbaycanın xanəndəsi Kənan Bayramlının ifasında “Bayatı-Şiraz” muğamına qulaq asması olub.

Xatırladaq ki, Mahir Emreli Azərbaycan milli komandasının heyətində 61 oyun keçirib. O, daha əvvəl Polşada “Legiya”nın da formasını geyinib.