Azərbaycan Beynəlxalq Bankının kartlarından kütləvi şəkildə vəsait çıxıldığı iddia olunur.
NOCOMMENT.az xəbər verir ki, bunu bankın müştəriləri sosial şəbəkələrdə yazıblar.
“Az əvvəl yanacaq doldurma məntəqəsindən yanacaq aldım. Tam bitmək üzrə idi. Nağd vəsaitim də yox idi. Yanacaq aldıqdan sonra ərzaq dükanına girdim. 3.50 AZN-lik alış zamanı kassir kartda vəsait olmadığını dedi. Hansı ki, 70 AZN-ə yaxın balansım qalmışdı. Azərbaycan Beynəlxalq Bankın terminalına yaxınlaşdım. Balans təmamilə cızılmış, -84.36 AZN də borc yaranmışdı. Getdim ABB-nin filialına məlum oldu ki, texniki problem yaranıb və kütləvi olaraq insanların vəsaitləri silinib”, - bank müştərilərindən biri qeyd edib.
Məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankının Mətbuat xidmətindən Ölkə.az-a bildirilib ki, bank sistemində qısa müddətli texniki problem yaranıb:
“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq”.\\olke.az










