Əjdər Məcidov vəfat edib - FOTO

Əjdər Məcidov vəfat edib - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Əjdər Məcidov vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, Azərbaycanın görkəmli kimyaçı alimlərindən biri, kimya elmləri doktoru və akademikdir.

Ə.Məcidov Bakı şəhərində anadan olub, 1960-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib.

Əsas elmi fəaliyyəti koordinasiya birləşmələri kimyası, qeyri-üzvi kimya, kimyəvi kinetika və kataliz sahələrini əhatə edir. O, paramaqnit liqandlarla metal komplekslərinin sintezi və tədqiqi istiqamətində mühüm elmi nəticələr əldə edib, bu sahədə Azərbaycanda yeni elmi məktəbin formalaşmasına töhfə verib.

Alim 1966-cı ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, 1985-ci ildə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü (akademik) seçilib.

Əjdər Məcidov uzun illər Azərbaycan Milli Elmlər Akademiyası sistemində fəaliyyət göstərib, M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda şöbə və laboratoriya müdiri vəzifələrində çalışıb. Onun 220-dən çox elmi əsəri dərc olunub.

Elmi xidmətlərinə görə alim "Şöhrət" ordeni və bir sıra digər mükafatlarla təltif olunub.

Əjdər Məcidov vəfat edib - FOTO