Təxminən 40 il əvvəl ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanının Məkkə şəhərinə gedən və orada qalan türkiyəli Ali Baybaşın Türkiyəyə geriyə qayıtması üçün işlərə başlanılıb.
Bu barədə NOCOMMENT.az "Milliyet" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Türkiyənin Sivas vilayətinin Gürün rayonunda qeydiyyatda olan 77 yaşlı Ali Baybaş 40 il əvvəl ümrə ziyarəti üçün Məkkəyə səfər edib, lakin hüquqi məsələ səbəbindən onun barəsində deportasiya tətbiq edilib, amma Ali Baybaş geri qayıda bilməyib. Çarəsiz qalan Baybaşın problemi həcc ziyarəti üçün Məkkəyə gedən bir türk zəvvar tərəfindən gündəmə gətirilib.
Onun başına gələnlər və artan yaşı səbəbindən yaşadığı müxtəlif sağlamlıq problemləri səlahiyyətliləri hərəkətə keçirib.
Ədalət və İnkişaf Partiyasının Sivasdan deputatı Rukiye Toy məsələ ilə bağlı Türkiyənin Ər-Riyaddakı səfirliyi ilə əlaqə saxlayıb və Ali Baybaşın ölkəsinə qayıtması üçün işlərə başlayıb.
Aparılan danışıqlardan sonra Rukiye Toy onunla videozəng vasitəsilə danışıb və xoş xəbəri verib.\\oxu.az











