Ermənistanın interneti Azərbaycan üzərindən təmin ediləcək - Razılaşma əldə edildi

Ermənistanın interneti Azərbaycan üzərindən təmin ediləcək - Razılaşma əldə edildi

Regionun telekommunikasiya tarixində yeni bir səhifə açılıb. "AzerTelecom" və "Telecom Armenia" şirkətləri arasında beynəlxalq internet trafikinin Azərbaycan ərazisindən tranziti ilə bağlı mühüm razılaşma əldə olunub.

NOCOMMENT.az xəbər verir ki, imzalanan müqaviləyə əsasən, "AzerTelecom" özünün geniş infrastruktur imkanlarından istifadə edərək Ermənistan istiqamətində internet trafikinin ötürülməsini təmin edəcək.

Bu təşəbbüs həm də rabitə marşrutlarının diversifikasiyası, telekommunikasiya şəbəkələrinin dayanıqlılığının artırılması və regionda əməkdaşlıq mühitinin inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Ekspertlərin fikrincə, bu addım həm də texnoloji inteqrasiya və regional sabitliyin bərqərar olunması yolunda atılan konstruktiv addımlardan biri kimi qiymətləndirilir.

Əli Səfərli,
NOCOMMENT.az