Simonyan Paşinyanla bağlı elə sözlər dedi ki... - ŞOK VİDEO

Simonyan Paşinyanla bağlı elə sözlər dedi ki... - ŞOK VİDEO

Rusiyanın "RT" telekanalının baş redaktoru Marqarita Simonyan yenidən Ermənistanın Baş naziri Nikol Paşinyanı hədəf alıb və erməni xalqına qarşı kəskin ifadələrlə çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, Simonyan sosial şəbəkə hesabında yayımladığı qalmaqallı açıqlamada, Rusiyada yaşayan və Paşinyan hakimiyyətinə dəstək verən erməniləri hədələyib. O, onları "çörəkdən doymuş nankor məxluqlar" adlandıraraq, bu şəxslərin sosial şəbəkə profilləri vasitəsilə aşkarlanmasını və Rusiyaya girişlərinin qadağan olunmasını tələb edib.

Simonyanın bu çağırışı sosial şəbəkələrdə geniş müzakirələrə və ciddi etirazlara səbəb olub. Erməni icması və insan haqları müdafiəçiləri baş redaktorun bu çıxışını nifrət nitqi və ksenofobiyanın təzahürü kimi qiymətləndirərək, onu rəsmi şəxslərin və xalqın şərəf və ləyaqətini təhqir etməkdə ittiham ediblər.

Xatırladaq ki, Simonyan uzun müddətdir ki, Ermənistanın mövcud hakimiyyətinə qarşı qərəzli və sərt mövqeyi ilə seçilir. Onun bu son çağırışı isə Rusiya-Ermənistan münasibətlərindəki gərginliyin ictimai müstəvidə daha da dərinləşməsinə dair narahatlıqları artırıb.


Əli Səfərli,
NOCOMMENT.az