TƏCİLİ! Hava limanları bağlandı, 150 reys təxirə salındı - Qonşu ölkədə

TƏCİLİ! Hava limanları bağlandı, 150 reys təxirə salındı - Qonşu ölkədə

Ukrayna ordusu yenidən Rusiyanın paytaxtı Moskva istiqamətində irimiqyaslı pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirib.

NOCOMMENT.az xəbər verir ki, Rusiya hava hücumundan müdafiə (HHM) sistemləri paytaxt istiqamətində uçan 58 PUA-nın havada məhv edildiyini açıqlayıb.

Dron hücumu ilə əlaqədar Moskva aeroportlarında ciddi fasilələr yaranıb. Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində 150-yə yaxın aviareys təxirə salınıb. Şəhərin hava limanlarında vəziyyətin nəzarətdə saxlanıldığı və uçuşların bərpası üçün zəruri addımların atıldığı bildirilir.

Əli Səfərli,
NOCOMMENT.az