Əsədin qızının BU GÖRÜNTÜLƏRİ internetdə yayıldı - FOTOLAR

Əsədin qızının BU GÖRÜNTÜLƏRİ internetdə yayıldı - FOTOLAR

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin qızının gəlinlik paltarında şəkli internetdə yayılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Məlumata görə, Əsədin qızı Zeyn Əsəd Asif Şövkətin (Bəşərin bacısının əri) oğlu Bassel Asiflə evlidir.

Hazırda 21 yaşı olan Zeyn Əsəd 2016-cı ildə Tehranda atçılıq çempionatında qalib gəlib.

Qeyd edək ki, Bəşər Əsəd hakimiyyətin süqutundan sonra Rusiyaya qaçıb. Ona, qardaşı Mahir Əsədə və keçmiş rejimin digər yüksək rütbəli təhlükəsizlik məmurlarına qiyabi ittihamlar irəli sürülüb. Mahir Əsəd müxalif fəallar tərəfindən qətllər, işgəncələr, hədə-qorxu və narkotik ticarəti kimi ağır cinayətlərdə suçlanır.\\musavat.com