Fırıldaqçıların yeni üsulu: Xarici ölkələrdən gələn zəngləri açmayın

Fırıldaqçıların yeni üsulu: Xarici ölkələrdən gələn zəngləri açmayın

Son zamanlar dünyanın bir çox yerindən müxtəlif ərazi kodları ilə WhatsApp vasitəsilə edilən zənglər fırıldaqçıların yeni üsuluna çevrilib.

NOCOMMENT xəbər verir ki, Türkiyədə geniş vüsət alan və bir çox insanın telefonlarına cavab verən bu zənglərə cavab verilsə nə olacağını izah edən İnformasiya Texnologiyaları Mütəxəssisi Alev Akkoyunlu, “Ünsiyyət davam etdikdə, qarşı tərəfin iş imkanları kimi cəlbedici fikir və təkliflərlə gəldiyini görürük. Bu çərçivədə, etdiyiniz bir işin qarşılığında qazanacağınız vədi ilə kredit kartı məlumatlarınız tələb olunur. Kartınızın aktiv olub olmadığını yoxlamaq üçün kartınıza üç-beş dollar göndərilir. Sonra da sizin kartınızla böyük alış-veriş edib, sizi aldada bilərlər”.