Türk kinosunun və televiziya dünyasının əfsanəvi simalarından olan Nebahat Çehre Almaniyadan etdiyi son paylaşımı ilə yenidən gündəmə gəlib.
"Aşk-ı Memnu" serialında canlandırdığı Firdevs obrazı ilə yadda qalan sənətçi 82 yaşında da zərif üslubu və enerjili görünüşü ilə izləyicilərini heyran edib. Sosial şəbəkədə paylaşdığı fotolar qısa zamanda minlərlə bəyənmə və şərh toplayıb.
Türkiyə kino və televiziya tarixinin ən önəmli simalarından biri hesab olunan Nebahat Çehre yarım əsrdən çox davam edən uğurlu sənət fəaliyyəti ilə tamaşaçıların sevgisini qazanıb.
1960-cı illərin əvvəllərində kinoya qədəm qoyan aktrisa illər ərzində çəkildiyi film və seriallarda canlandırdığı unudulmaz obrazlarla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Almaniyadan paylaşdığı son fotolar isə bir daha onun illərə meydan oxuyan gözəlliyini və cazibəsini nümayiş etdirib. Musavat.com












