SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin dövlət qarşısında yığılmış vergi borcu kəskin artıb.
Bu barədə Nocomment.az kommersiya qurumlarının dövlət reyestri məlumatlarından informasiya əldə edib.
Məlumata görə, “Azəriqaz”ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 8 884 001.13 manat (8 milyon 884 min 1 manat 13 qəpik) vergi borcu mövcuddur.
Xatırladaq ki, ötən il “Azəriqaz”ın dövlətə borcu 2 612 183.56 (2 milyon 612 min 183 manat 56 qəpik) idi. Beləliklə, “Azəriqaz”ın vergi borcu 6 271 817,57 manat artıb. Bu, ötən illə müqayisədə təxminən 240 % artım deməkdir. Başqa sözlə, vergi borcu təxminən 3,4 dəfə yüksəlib.
Qeyd edək ki, “Azəriqaz”ın nizamnamə kapitalı isə 1 779 845 926.55 manatdır. “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədovdur.
Gülər











