Ruben Rubinyan Ermənistanın 9-cu çağırış Milli Məclisinin sədri seçilib.
Onun namizədliyinə 63 deputat səs verib, 28 nəfər isə əleyhinə çıxıb.
NOCOMMENT.az xəbər verir ki, müxalifət Rubinyanın namizədliyini dəstəkləməyib.
Bildirilib ki, "Güclü Ermənistan" partiyası əleyhinə səs verib, "İrəvan" (və ya "Ermənistan") bloku isə səsvermədə iştirak etməyib.
Sara,
NOCOMMENT.az










