İctimai nəqliyyatdan istifadə edənlərə PİS XƏBƏR - Artırıldı

İctimai nəqliyyatdan istifadə edənlərə PİS XƏBƏR - Artırıldı

İctimai nəqliyyatda rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi, xidmət keyfiyyətinin artırılması və kart infrastrukturunun davamlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 1 iyul 2026-cı il tarixindən etibarən "BakıKart" kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək.


NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bakıkart”dan məlumat verilib.

Məlumatda bildirilib ki, "BakıKart" kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib.

Bu dövr ərzində kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.

Son illər ərzində ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Sərnişinlər hazırda "BakıKart" kartları ilə yanaşı, NFC texnologiyası vasitəsilə bank kartları, mobil cihazlar və QR kod üzərindən də ödəniş həyata keçirə bilirlər.

Qeyd edilib ki, kartın balansı və gediş haqları ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Dəyişiklik yalnız yeni əldə edilən "BakıKart" kartlarının satış qiymətinə aiddir.\\sfera.az