Sumqayıt şəhər 2 saylı xəstəxananın baş həkimi Arzu Bəndəliyeva vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.
Arzu Bəndəliyeva NOCOMMENT.az-a açıqlamasında bildirib ki, onun vəzifədən azad olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
"Bu barədə yayılan məlumatlar doğru deyil. Hazırda işimin başındayam və fəaliyyətimi davam etdirirəm", – deyə o qeyd edib.
***
TƏBİB-də kadr dəyişiklikləri və islahat prosesi davam edir.
NOCOMMENT.az-ın məlumatına görə, TƏBİB sədri Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt şəhər 2 saylı xəstəxananın baş həkimi Arzu Bəndəliyeva tutduğu vəzifədən uzaqlaşdırılıb.
Hələlik rəsmi qurumlar tərəfindən baş həkimin vəzifəsindən azad olunmasının səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.
Eyni zamanda, boşalan rəhbər kürsüsünə yeni təyinatın olub-olmayacağı hələlik məlum deyil.
Məsələ ilə bağlı əlavə rəsmi məlumatlar daxil olduqca xəbər yenilənəcək.
Sara,
NOCOMMENT.az










