Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Goradil" sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.











