ABŞ-də lotereyada 800 milyon dollar uduldu

ABŞ-də lotereyada 800 milyon dollar uduldu

ABŞ-də kimliyi məlum olmayan bir şəxs "Mega Millions" lotereyasında 800 milyon dollar məbləğində uduş əldə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.

Bildirilib ki, bu, sözügedən oyunun tarixində qeydə alınan ən böyük üçüncü cekpotdur. Florida ştatında əldə edilən lotereya biletindəki bütün altı ədəd - 34, 48, 49, 59, 70 və 12 nömrəli qızılı meqa-şar uduşlu ədədlərlə üst-üstə düşüb. Adı hələlik gizli saxlanılan şanslı qalib 30 il ərzində hər il ödəniş almaq və ya vergilər çıxılmadan 344.2 milyon dollar məbləğində nağd pulu birdəfəlik götürmək variantlarından birini seçə bilər.

Lotereyanın yenilənmiş versiyasında uduş ehtimalı 290 milyonda bir olaraq qiymətləndirilirdi. Bu cekpot 2026-cı ilin ən böyük, "Mega Millions" tarixinin isə onuncu ən nəhəng uduşu kimi qeydə alınıb. Xatırladaq ki, oyunun əvvəlki - 1.6 milyard dollarlıq rekordu da 2023-cü ilin avqustunda məhz Florida ştatında qazanılmışdı.\\oxu.az