Kimyəvi məhluldan zəhərlənən kişi 18 gün yaşadı

Kimyəvi məhluldan zəhərlənən kişi 18 gün yaşadı

Bakıda ölümlə nəticələnən zəhərlənmə hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, iyunun 14-ü Sabunçu qəsəbə sakini 1964-cü il təvəllüdlü Yaşar Rzayev yaşadığı evdə kimyəvi məhluldan zəhərlənib.

Xəstəxanaya yerləşdirilmiş Y.Rzayev iyulun 2-si orada vəfat edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.\\“Qafqazinfo”