Yaponiyanın cənub-qərb bölgəsində, Kume və Miyako adaları yaxınlığında 6.1 bal gücündə zəlzələ qeydə alınıb. Milli Meteorologiya İdarəsinin məlumatına əsasən, yeraltı təkanların episentri okean dibinin dayaz hissəsində yerləşib, lakin ocağın dəqiq dərinliyi hələlik müəyyənləşdirilməyib.
Zəlzələnin hiss olunduğu ərazilər turizm üçün məşhur kurort hotelləri və istirahət obyektləri ilə zəngindir, həmçinin Miyako adasında Yaponiya Silahlı Qüvvələrinə məxsus hərbi baza yerləşir. İlkin məlumatlara görə, sunami təhlükəsi elan edilməyib və ciddi dağıntılar və ya xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.
Sara,
NOCOMMENT.az










