Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın yolunda aksiyanı davam etdirir.
NOCOMMENT.az xəbər verir ki, aksiya baş tutan ərazidə tonqallar qalanıb
Havanın soyuq və şaxtalı olmağına baxmayaraq, ekofəallar da aksiyanı bu gecə də davam etdirəcəklərini bildiriblər.












