Dilarə Səlimdən işdən çıxarılması ilə bağlı AÇIQLAMA: "Yayılan xəbər..."

Dilarə Səlimdən işdən çıxarılması ilə bağlı AÇIQLAMA: "Yayılan xəbər..."

Mənim "Mədəniyyət" kanalından ayrılmağım yalandır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Mədəniyyət Televiziyasının direktoru Dilarə Səlim məlumat verib.

“Bu barədə heç bir qərar verilməyib. Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyətə çıxmışam və bu səbəbdən kanalla bağlı səlahiyyətləri başqa

əməkdaşa tapşırmışam. Bunu kanaldan getmək kimi təqdim etmək sadəcə qeyri etikdir”, - o bildirib.

Qeyd edək ki, Dilarə Səlimin müvafiq əmrlə direktorluqdan kənarlaşdırılması ilə bağlı xəbərlər yayılıb.