Lənkəranda ailə üzvləri tərəfindən axtarışda olanların meyitləri tapılıb.
NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib. Belə ki, bir neçə gündür ailə üzvləri tərəfindən axtarışda olanlar 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri Lənkəran rayonunun "İbadi" deyilən meşəlik ərazidə tapılıb.
Hazırda onların ölüm səbəbləri araşdırılır.
Faktla bağlı araşdırmalar davam etdirilir.











