Milli Depozit Mərkəzinin rəhbərliyinə təyinat oldu

Milli Depozit Mərkəzinin rəhbərliyinə təyinat oldu

Milli Depozit Mərkəzinin rəhbərliyinə təyinat olub.

NOCOMMENT.az xəbər verir ki, Nağı Nağıyev İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

O, 2020-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankında maliyyə təhlilçisi kimi təcrübə keçib. Həmin il əmək fəaliyyətinə “SOCAR Trading” şirkətində bazar riskləri üzrə təhlilçi kimi başlayıb. O, 2022–2023-cü illərdə London Metal Birjasında çalışaraq beynəlxalq maliyyə və əmtəə bazarları üzrə peşəkar təcrübəsini genişləndirib.

N.Nağıyev 2023-cü ilin avqustundan etibarən Mərkəzi Bankda işləyib. O, Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentində aparıcı mütəxəssis vəzifəsində çalışıb. 2024-cü ilin iyunundan 2026-cı ilin iyul ayınadək isə həmin departamentin Nəzarətin metodologiyası şöbəsinin rəisi vəzifəsini icra edib. (Yeni Saba