Saxlanılan müğənninin evindən görün nə tapıldı - FOTO

Saxlanılan müğənninin evindən görün nə tapıldı - FOTO

Türkiyənin Bakırköy Cümhuriyyət Baş Prokurorluğunun məşhurlara qarşı başladığı narkotik əməliyyatı ilə bağlı yeni detallar məlum olub.

NOCOMMENT.az xəbər verir ki, istintaq çərçivəsində müğənnilər Sıla Gençoğlu, İlyas Yalçıntaş və ümumilikdə 25 nəfər barəsində saxlanılma qərarı verilib.

Prokurorluğun açıqlamasında bildirilir ki, şübhəlilərin narkotik və psixotrop maddələrdən istifadə etdiyi, narkotik vasitələrin istifadəsini asanlaşdırdığı və ya bunun üçün yer təmin etdiyinə dair kifayət qədər dəlillər əldə olunub. Bunun əsasında İstanbul İl Jandarma Komandanlığına saxlanılma, axtarış, bioloji nümunələrin götürülməsi və ifadələrin alınması barədə göstəriş verilib.

Əməliyyat zamanı saxlanılan müğənni İlyas Yalçıntaşın evində aparılan axtarış zamanı həssas elektron tərəzi və narkotik maddələrin istifadəsində istifadə olunduğu bildirilən müxtəlif ləvazimatlar aşkarlanaraq götürülüb.

Faktla bağlı istintaq davam etdirilir.