Antalyada azərbaycanlı gənc ağır yaralandı

Antalyada azərbaycanlı gənc ağır yaralandı

Antalyanın Alanya rayonunda Azərbaycan vətəndaşı idarə etdiyi kvadrosiklin dərəyə aşması nəticəsində ağır xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə Bektaş məhəlləsində baş verib.

Azərbaycan vətəndaşı R.H.-nin idarə etdiyi 07 BTJ 796 dövlət qeydiyyat nişanlı kvadrosikl idarəetmədən çıxaraq təxminən 20 metrlik dərəyə yuvarlanıb.

Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.

Xilasedicilər yaralı gənci xərək vasitəsilə dərədən çıxararaq təcili yardım avtomobili ilə Alanya Təhsil və Araşdırma Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.