Türkiyədə bələdiyyə məclisində dava

Türkiyədə bələdiyyə məclisində dava

Bursa Böyükşəhər Bələdiyyə Məclisinin iyul ayı üzrə ikinci iclası qalmaqalla yadda qalıb.

NOCOMMENT.az xəbər verir ki, gərginlik AK Parti qrup sözçüsü Ahmet Alperen Aydının Türkiyə Cümhuriyyətinin ikinci Prezidenti İsmet İnönü ilə bağlı səsləndirdiyi fikirlərdən sonra başlayıb.

Onun çıxışı CHP üzvlərinin sərt etirazına səbəb olub. İclas zamanı tərəflər arasında mübahisə böyüyərək qarşıdurmaya çevrilib, zala su şüşələri atılıb.

Mudanya bələdiyyəsinin sədri Deniz Dalgıç İsmet İnönünü müdafiə edərək, onun Vətən uğrunda döyüşmüş əsl qazi olduğunu bildirib və məclisdə tarixi şəxsiyyətlərin bu şəkildə hədəfə alınmasına etiraz edib.

Fasilədən sonra CHP qrupu AK Parti təmsilçisinin üzr istəməsini tələb etsə də, bu baş verməyib. Bundan sonra CHP üzvləri etiraz əlaməti olaraq iclas zalını tərk ediblər.

Nəticədə yetərsay təmin olunmadığından və gərginlik səngimədiyindən Bursa Böyükşəhər Bələdiyyə Məclisinin iclası təxirə salınıb.